Adil Əhmədov: “Bu gün bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsində, habelə qiymətləndirmə ilə bağlı ciddi problemlərin olması göz önündədir”
“Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması bələdiyyə sisteminin tarixində inqilabi bir məsələdir. Belə ki, Azərbaycan Prezidentinin 2025-ci il 11 iyul tarixli 440 nömrəli Fərmanı ilə BAMS-ın bələdiyyələrin vahid informasiya sistemi qismində və dövlət informasiya sistemi statusunda fəaliyyət göstərməsini nəzərdə tutan qanunların təsdiq edilməsi həyata keçirilib.” – bu fikirləri ABMA-nın “Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin direktoru Adil Əhmədov Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deyib.
Adil
Əhmədov deyib ki, qonşu ölkələrin bələdiyyələrinin maliyyə, vergi və uçot
sistemin bir çətir altına yığan sistem hələ də qurulmayıb. Ölkəmizdə qurulan vahid informasiya siteminin analoqu həqiqətən
yoxdur.
ABMA-nın Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi tərəfindən
aidiyyəti dövlət qurumları ilə birgə 2023-cü ildən başlayaraq həyata keçirdiyi
tədbirlər nəticəsində ölkə bələdiyyələri, xüsusən də kənd bələdiyyələri əvvəlki
illərə münasibətdə vergi daxilolmalarını əhəmiyyətli dərəcədə artırmışdır. Bələdiyyələrin
Analitik Məlumat Sistemindən (BAMS) əldə edilən ilkin məlumatlara əsasən
2025-ci ildə vergi daxilolmaları 2024-cü ilə nisbətdə 27%, 2023-ci ilə nisbətdə
isə 54% artmışdır. Yerli
vergilərin artım səviyyəsi daha çox kənd bələdiyyələrində müşahidə olunub. 2024-
cü illə müqayisədə ötən il kənd bələdiyyələrində yerli vergilərin həcmi 48 faizədək
artıb. Yəni 5.5 milyon manata qarşı, ötən il 8.2 milyon manat vergi əldə
olunub. Artım səviyyəsi şəhər bələdiyyələrində 20 faizə, qəsəbə bələdiyyələrində
isə 25 faizə bərabər olub.
Ölkə
üzrə bələdiyyələrin yerli vergilərinin ümumilikdə artım səviyyəsi 27 faizə bərabər
olub. Yəni rəqəmlərlə ifadə olunsa, deməliyik
ki, 2024-cü ildə ölkə bələdiyyələri 27.2 milyon manatlıq əmlak və torpaq
vergisi əldə etdiyi halda, bu rəqəm ötən il 34.6 milyon manata bərabər olub.
2025-ci
ildə keçirilmiş seçkilər nəticəsində bələdiyyələrin birləşməsi və bunun nəticəsi
olaraq qəsəbə və kənd bələdiyyələrinin iqtisadi potensialının gücləndirilməsi
bu günkü artım səviyyəsini şərtləndirən
məqamlandan hesab etmək olar.
Sözsüz
ki, bu gün bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsində, habelə qiymətləndirmə
ilə bağlı bir sıra məqamlarda ciddi problemlərin olması da göz önündədir. Belə
ki, li 2024 - cü ildə mülkiyyətin özgəninkiləşdirilməsi
ilə bağlı 13.6 milyon manat bələdiyyə
büdcəsində maliyyə vəsaiti daxil olmuşdursa, ötən il bu rəqəm 6 milyon
manat ətrafında olub.
Nəzərə
alaq ki, hər bir bələdiyyə ilin sonunda təqdiq etdiyi büdcəsinə uyğun büdcə formalaşdırmağı
öhdəsinə götürür, lakin ilin ortasında bu vəsaiti əldə edə bilmədiyi halda bələdiyyə
problemlərlə üz-üzə qalır və nəticədə bələdiyyənin görməli olduğu işi və ya
layihəni dövlət görməli olur.
Cari
ilin “Şəhərsalma və Memarlıq” ili elan
edildiyini nəzərə alıb, inanırıq ki, cari ildə bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi
və bir çox hallarda qiymətləndirmə ilə bağlı
ortaya çıxan problemlər öz həllini tapacaqdır.
Bu problemlərin həlli nəticə etibari ilə bələdiyyə sisteminin inkişafına və yerlərdə vətəndaş məmnunluğunun təmin edilməsində öz sözünü deyəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy